İranda ötən sutka ərzində 95 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 12 9280 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4813 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 092 822 nəfərə çatıb.