Yevlaxda heyvanlardan yayınmaq istəyən yük maşını aşıb. 

"Unikal"ın məlumatına görə, hadisə Xanabad kəndi ərazisindən keçən avtomagistralda baş verib.Belə ki, önünə çıxan iribuynuzlu heyvanlardan yayınmaq istərkən Kamaz markalı yük maşının sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əliyev Taleh Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Onun durumu orta ağır olaraq qiymətləndirilir.

E.Muradlı