Ermənistan silahlı qüvvələrinin Xndrzoresk yaşayış məntəqəsində yerləşən hərbi hissənin bölmələrindən birinin cavabdehliyində olan mövqedə partlayış baş verib. 

"Unikal" erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, güclü partlayış səsi eşidən mülki şəxslər bundan qorxduqları üçün rayon rəhbərliyinə və polis şöbəsinə məlumat veriblər.

Qeyd edilib ki, partlayışdan sonra Xndrzoresk yaşayış məntəqəsində yerləşən 2-ci əlahiddə atıcı taborun Artur D. adlı hərbi qulluqçusu hərbi hospitala təxliyyə olunub. 

Faktla bağlı araşdırma aparılsa da, rəsmi məlumat verilməyib.

Anar Kəlbiyev