Yeni dövrün başlanğıcı – “City Garden Nərimanov”    
Kristal Abşerondan həm şəhərin mərkəzində, həm də səs-küydən uzaq xəyal kimi bir yaşayış kompleksini qarşılayın! Ən incə detallarına qədər keyfiyyəti hiss edəcəyiniz layihədən mənzil sahibi olmaq artıq heç də xəyal deyil.
Təbiətlə harmoniyada modern şəhər üslubu
Həm şəhərin mərkəzində modern üslublu bənzərsiz binalar, həm də 17 hektar geniş yaşıl həyət! “City Garden Nərimanov” bütün bunlarla kifayətlənmir. Geniş həyətində çiçək, meyvə və gizli bağçalarla yanaşı, uşaqlar üçün istirahət və oyun zolaqları, piknik və barbekü üçün xüsusi zonalar, dekorativ hovuzlar və fəvvarələr ilə özünüzü təbiətin içində hiss edəcəksiniz!
Sağlam həyata açılan qapılar
“City Garden Nərimanov”da sağlamlığınızın qeydinə qalarkən vaxtınızı əyləncəli keçirə bilməyiniz üçün veloyol, tennis kortu, basketbol, futbol meydançaları, mini qolf zonası, açıq havada fitnes sahəsi və skeyt sürmək üçün xüsusi zona kimi bütün imkanlar düşünülüb.
Bütün fürsətlər bir ünvanda
Heydər Əliyev prospektinin yaxınlığında, N.Nərimanov metro stansiyasına 700 metr məsafədə yerləşən bu layihədə geniş ticarət mərkəzi zolağı, əyləncə mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları sizi kompleksdən kənara çıxmadan bütün işlərinizi həll etmək imkanı ilə təmin edəcək. 
Sadə şərtlərlə premium imkanlar
20 %-dən başlayan ilkin ödəniş və 20 ilədək kredit imkanı ilə bütün bunlar heç də əlçatmaz deyil. Tam təmirli, modern üslublu və çıxarışlı mənzillərə sadə şərtlərlə sahib olun və müasir həyata keçid edin.
“City Garden” – Xəyallar gerçək olur!
Ətraflı: *1544 / 0502931010
www.kristalabsheron.az