Şamaxıda avtomobil təmir sexi yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 45 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sex və içərisində olan digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.