Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

"Unikal" “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda ölkə daxilində və xaricdə terrorçuluqla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud durum müzakirə olunacaq.

İclasda həmçinin Qarabağ, Aralıq dənizi, Əfqanıstan və Suriyadakı son vəziyyət nəzərdən keçiriləcək.