Ermənistanda son sutka ərzində daha 592 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 336 330 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 40 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 419-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1412 nəfərdir. Aktiv xəstələrin sayı 16 421 nəfər təşkil edir.