Bu gün İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı və AR Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Life Beyond Tourism, LBT” hərəkatının tərəfdaşı – Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinin turizm destinasiyası kimi təbliği ilə bağlı Florensiyada keçirilən LBT festivalında onlayn iştirak edib.

"Unikal" xəbər verir  ki,  festivala ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri “Şuşa – Dağlardan gələn səsin harmoniyası” (“Shusha – The harmony of sounds coming through the mountains”) adlı təqdimatla qatılıblar. Onlayn təqdimat Şuşanın beynəlxalq müstəvidə tərənnümü baxımından Azərbaycan üçün ilk təcrübələrdən biridir- desək səhv etmərik.

Layihədə ATMU tələbələri Əfruz Fətullazadə, İltifat Əlizadə, Nərmin Zeynallı, Nərgiz Soltalıyeva, Nabat Əlizadə və Dövlət Turizm Agentliyinin əməkdaşı, eyni zamanda universitetin müəllimi Könül Nuriyeva-Kazımova yaxından iştirak ediblər. Adıkeçən festivalda ATMU tələbələrinin Şuşa ilə bağlı hazırladıqları posterlər və digər müxtəlif xarakterli vizual məlumatlar nümayiş olunacaq. 

Qeyd edək ki, layihənin kordinatoru ATMU-nun Beynəlxalq əlaqələr şöbəsidir.