Sabirabad rayonunda intihar hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü İmanov Rəhim İbrahim oğlu yaşadığı evin həyətində yarımtikilidə özünü asaraq intihar edib. 

Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.