Səhiyyə Nazirliyi bu günə qədər koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı alan şəxslərin sayını açıqlayıb.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.

Qeyd olunub ki, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.