İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 3 045 nəfər yoluxub, 87 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 105 101 nəfərə, ölənlərin sayı isə 129 549 nəfərə çatıb. Virus daşıyıcılarından 3 356 nəfərin vəziyyəti ağır qiymətləndirilir.