“İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkmənistana veriləcək”.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

“İƏT Asiya və Avropa arasında körpü olmalıdır. İslamabad-Tehran-İstanbul nəqliyyat dəhlizi buna yaxşı örnəkdir. Zəngəzur dəhlizi isə regionun iqtisadi inkişafına töhfə verəcək”, - nazir vurğulayıb.