Dünən İranın İsfahan şəhərində keçirilən etirazlarda polislə aksiyaçılar arasında toqquşma yaşanıb.

"Unikal" xəbər verir ki, bu haqda “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, etirazlar dünən gecəyə qədər davam edib. İran İnsan Haqları Təşkilatının verdiyi məlumatda isə dünənki etirazlarda 120 nəfərin həbs olunduğu, üç nəfərin isə öldüyü bildirilib.

Qeyd edək ki, İsfahanda etirazlar Zayəndərud çayının quruması səbəbindən başlayıb.