Meksikanın paytaxt şəhəri Mexikoda ölümlə nəticələnən avtobus qəzası qeydə alınıb.

"Unikal" xəbər verir ki, sərnişin avtobusunun sürücüsü  idarəetməni  itirərək,  yolun yaxınlığında yerləşən evlərə  çırpılıb.  Qəza nəticəsində  19 nəfər  ölüb,  20-dən çox insan yaralanıb. 

Əraziyə təcili tibbi yardım briqadası  və  polis  cəlb olunub.  Yaralı şəxslər  qısa zamanda xəstəxanaya yerləşdirilib.