Mingəçevirdə nişanlı qız intihara cəhd edib.

"Unikal"ın əldə  etdiyi məlumatına görə,  hadisə axşam saatlarında Nəriman Nərimanov küçəsi 42 ünvanında baş verib.

Belə ki 1996-cı il təvəllüdlü şəhər sakini Vəliyeva Aidə Azad qızı sirkə turşusu içərək intihara cəhd edib. Ağır durumda olan qız təcili xəstəxanaya çatdırılıb. İntihara cəhd edən Adə  Vəliyeva nişanlıdır. Bu addımı atmasına səbəb də məhz nişanlısı ilə aralarında olan mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı