Ötən cümə günü Kosova və Albaniya hökumətləri arasında mühüm görüş keçirilib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Baş nazirlərinin birgə görüşündən sonra açıqlama verən Albaniya hökumətinin başçısı Edi Rama ölkəsi və Kosovanın birləşməsinə “Hə” səsi verəcəyini bildirib.

Serbiya mətbuatı baş nazirin açıqlamasına manşetlərdə yer verib.

Serb mətbuatı Albaniya və Kosovanın birləşəcəyi qərarının verildiyi, amma bunun nə vaxt baş verəcəyinin məlum olmadığını yazıb.

Kosova Baş naziri Albin Kurti də milli birliyin hər iki tərəfin ümumi maraqlarını əks etdirdiyini bildirib.