Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən  Erasmus+ ECAR layihəsi çərçivəsində “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi üzrə Fransada təşkil olunan təlimlər başa çatıb

"Unikal" xəbər verir ki, tədbirə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli,ölkə universitetlərinin rektor, prorektor və digərlərindən ibarət 30 nəfərlik nümayəndə heyəti qatılıb.  Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEİ) təşkilatçığı ilə həyata keçirilən tədbirdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının Ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilib. Səfərin sonunda Sarbon Universitetinə CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə ziyarət təşkil olunub.

“Azərbaycanda Rektorlar Konfransının Yaradılması”layihəsi çərçivəsində Fransada  təşkil olunan təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov təmsil edib.