Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana "Azərbaycan Hava Yolları"nın (AZAL) iki reysi gecikir.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.

Bildirilir ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək: "Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar".