Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.

"Unikal" xəbər verir ki, görüşün İsveçin paytaxtı Stokholmda ATƏT-in xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacağı gözlənilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Lavrovla Blinken arasında keçiriləcək görüşdə Rusiya və ABŞ Prezidentləri arasında danışıqların hazırlanması məsələsi də müzakirə olunacaq.