Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

"Unikal"ın məlumatına görə,qəza zamanı həlak olanlardan biri də  kapitan Bayramlı Cavid Əhliman oğludur. Sosial şəbəkələrdə  kapitanın hər kəsi  kövrəldən videosu  yayılıb. 

Belə  ki, görüntülərdə  kapitan, "Biz indi gedirik, mənimlə fəxr etsin hamısı",  sözləri  yer alıb.