Qazaxıstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində yer alıb.

"Qazaxıstanın səfirliyi Xızı rayonunda Azərbaycanın Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir. Xəsarət alanlara tezliklə şəfa tapmasını arzu edirik”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.