Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.

"Unikal"ın xəbərinə görə, bu barədə T. Klaar "Twitter"də bildirib.

İrəvana səfəri çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti kontekstində qarşıdan gələn görüşlərə hazırlıq məsələləri müzakirə olunub.