Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi başa çatıb.

Təhsil Nazirliyindən "Unikal"a verilən məlumata görə, qəbul prosesi bu gün saat 18:00-da başa çatıb. Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilib.