Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala cavab verib.

"Unikal" xəbər verir ki, "Rusiya çağırır" adlı forumda xarici ekspertlərin suallarını cavablandıran V. Putin bildirib ki, onun 2024-cü ildə növbəti dəfə prezidentliyə namizədliyini sürmək hüququ var.

"Mənim yeni müddətə seçilmək hüququm var. Namizədliyimi irəli sürəcəyəm, ya yox, hələlik qərar verməmişəm", - Rusiya dövlət başçısı vurğulayıb.