Gürcüstanda mülki fəallar və müxalifət üzvləri Dövlət Təhlükəsizliyi Xidməti qarşısında etiraz aksiyası keçiriblər.

"Unikal" xəbər verir ki, etirazçılar yerli seçkilərin saxtalaşdırıldığını deyərək hakim "Gürcü Arzusu" partiyasının DTX hesabına hakimiyyətdə qaldığını bildiriblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, Dövlət Təhlükəsizliyi Xidməti ölkənin təhlükəsizliyi əvəzinə bir adamın (İvanişvilinin - red.) siyasi maraqlarına xidmət edir.

Onlar mövcud rejimin dəyişdirilməli olduğunu bildiriblər. Aksiyanın baş tutduğu əraziyə çox sayda polis qüvvəsi cəlb olunub.