Sabirabadda azyaşlı su kanalına düşüb.

"Unikal" xəbər verir ki, rayonun Dadaşbəyli kəndində baş verən hadisədə valideyn nəzarətindən yayınan 2 yaşlı Hacılı Onur Orxan oğlu su kanalına düşüb. Uşaq huşsuz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.