“Azərbaycan ordusuna aid helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

“Dost və qardaş ölkə Azərbaycan ilə acımız ortaqdır. Başımız sağ olsun”, - nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.