“Prezident İlham Əliyev tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib”.

"Unikal" xəbər ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Qanunvericilik hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara avtomatik olaraq şəhid statusu verilməsini nəzərdə tutur”, - deyə DSX rəisi qeyd edib.