Gəncə şəhərində yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsində qeydə alınan yol qəzasında hərəkətdə olan “Niva” markalı minik maşını “VAZ” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.