Fransa və Fələstinin Azərbaycandakı səfirlikləri Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkələrində paylaşım edilib.

"Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm" - deyə fransalı səfirin paylaşımında qeyd olunub.