Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı altıncı sınağında Monteneqro yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da oynanılan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 24-cü dəqiqədə Ayşən Əhmədova vurub.

Qeyd edək ki, hazırda Azərbaycan seçməsi 3 xalla sonuncu - 6-cı, Monteneqro isə 9 xalla 3-cüdür.