Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən ortayaşlı qadını vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.