Xəbər verdiyimiz kimi, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, qəza zamanı həlak olanlardan biri polkovnik Nəzirov Emil Nəzir oğludur.

E.Nəzirov 1969-cu ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. 

Azərbaycan Ordusunun ilk könüllülərindən olub, birinci Qarabağ müharibəsində iştirak edib.

Vətən müharibəsində göstərdiyi şücaətinə görə isə polkovnik rütbəsinə yüksəlib. “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Ailəlidir, 3 övladı var.

Anar Kəlbiyev