Bir müddət öncə həbsdə öldüyü haqda xəbər yayılan Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sağ olduğu haqda rəsmi açıqlama verilib.

"Unikal" xəbər verir ki, Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti həbsdə ölən polkovnik Zakir İsmayılovla bağlı açıqlama yayarkən onun hazırda həbsdə olan Vəli Ələsgərovun təqdimatı ilə Bakıya xidmətə göndərildiyini qeyd edib.

Bununla da Naxçıvan DTX sabiq nazir Vəli Ələsgərovun ölmədiyini, hazırda həbsdə olduğunu açıqlayıb.

***

1 dekabr, 10:14

Bir neçə gün əvvəl yerli mətbuatda Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ölümü ilə bağlı xəbər yayılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, V.Ələsgərov dünyasını dəyişməyib. O, hazırda Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Qeyd edək ki, o, 2016-cı ildə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Həsənli