ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.

ANAMA-dan "Unikal"a  bildirilib ki, noyabrın 1-dən noyabrın 30-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 256 piyada əleyhinə mina, 354 tank əleyhinə mina və 223 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 414 hektar ərazi mina və PHS-lardan təmizlənib.