Xəbər  verdiyimiz kimi, "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları keçirən helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olub, 2 nəfər isə yaralanıb. 

"Unikal" xəbər verir ki, həlak olan  hərbçilərdən biri kapitan Cavid Bayramlı olub. Əslən Naxçıvan Muxtar Republikasının Şahbuz rayonundan olan 27 yaşlı Cavid evli olub. O, ailəsi ilə birgə Yasamal rayonunda yaşayıb.

Bildirək ki, kapitanın həyat yoldaşı Nuray Bayramlının atası İbrahim Qasımov 55 yaşında iki ay əvvəl xərçəng xəstəliyindən vəfat edib. 

Qeyd edək ki, Cavidlə Nurayın 4 yaşlı Miray adlı qız övladı var. 

Gülayə Mecid