Şabran rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

"Unikal” xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Bildirilib ki, 2020-ci il təvəllüdlü Ümid Muradov müvəqqəti istifadə üçün nəzərdə tutulan tualet quyusuna düşərək ölüb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.