Bu gün bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçirib. 

"Unikal" xəbər verir ki, insanlar sosial müavinətlərinin kəsilməsinə etiraz ediblər.

Belə ki, Vətən müharibəsi iştirakçısı Valeh Bədəlovun atası Vahid Bədəlov bildirib ki, 45 gündən çoxdur ki, pensiyası nazirlik tərəfindən kəsilib:

"Mənim 2-ci qrup əlilliyim var, amma pensiyamı ay yarımdan çoxdur ki, kəsiblər. Səbəb kimi sənədlərin düzgün olmamasını göstərirlər. Dedilər ki, gözləyin. Başqa heç nə demədilər. Bu gedişlə 1 ay da, 2 ay da gözləyəcəyik".