Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 187 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 21 495 nəfər COVID-19 infeksiyasına yoluxub, 20 193 nəfər isə sağalıb.