Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərdə səfərdə olacaq.

"Unikal" xəbər verir ki, R.T.Ərdoğan sabah Dohada başlanacaq Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Şuranın toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə-Qətər əlaqələri müzakirə ediləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlarla bağlı danışıq aparılacaq.

Şuranın iclasında ikitərəfli əlaqələrin inkişafı üçün qəbul ediləcək müqavilələrin də gündəlikdə yer alacağı bildirilir.

Görüşlərdə regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.