Nigerdə silahlıların Burkino-Faso ilə sərhəddəki Saxel G5 hərbi qüvvələrinin qərargahına hücumu nəticəsində 29 hərbçi həlak olub.

"Unikal" xəbər verir ki, hücum nəticəsində 79 terrorçu məhv edilib. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Mali ərazisində silahlanan “Əl Qaidə” və İŞİD tez-tez Nigerdə və Burkina-Fasoda terror aktları törədirlər. Bu səbəbdən Nigerlə Burkina-Faso hərbçiləri birlikdə antiterror əməliyyatları keçirir.

BMT-nin məlumatına görə, son 3 ildə Nigerdə 313 min insan terror təhlükəsi ilə əlaqədar evlərini tərk etməyə məcbur olub, 235 min sakin isə onşu ölkələrə gedib. Cari ilin yanvar-iyul aylarında Nigerin Mali və Burkina-Faso ilə sərhədində 9 terror aktı törədilib, 420 dinc sakin həlak olub.