Ermənistanda son sutkada daha 95 nəfərdə COVID-19 aşkarlanıb.

"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 340 818-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 7 691-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 456 nəfərdir. İndiyədək 321 884 pasiyent infeksiyadan sağalıb.