Gürcüstanda son sutka ərzində koronavirusa 1 778 yoluxma qeydə alınıb, 63 nəfər ölüb.

"Unikal"  xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 867 071, ölənlərin sayı isə 12 407 nəfərə çatıb. İndiyədək 809 830 nəfər sağalıb.