Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.