“Real” ciddi itkiylə üzləşib.

"Unikal" xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu xəbəri “AS” nəşri yayıb.

33 yaşlı hücumçu La Liqanın 16-cı turunda “Real Sosyedad”la keçirilən səfər matçında zədələnib.

Fransalı futbolçunun vəziyyəti ağırdı. Bu səbəbdən də Benzema dekabrın 7-də keçiriləcək “Real” – “İnter” matçını buraxa bilər.

Qeyd edək ki, “Real Sosyedad”la qarşılaşmada Madrid təmsilçisi 2:0 hesablı qələbə qazanıb.