İranın “Aseman” şirkətinə məxsus təyyarə mühərrikində baş verən yanğın səbəbindən Şiraz şəhərində məcburi eniş etmək məcburiyyətində qalıb.

“Unikal” xəbər verir ki, bu barədə İRİB məlumat yayıb. 

Qeyd olunur ki, təyyarə Şiraz-Masqat marşrutu üzrə hərəkət edib. Havaya qalxdıqdan sonra ekipaj nasazlığı görüb və təyyarə hava limanına qayıdıb.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.