Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.

"Unikal" xəbər verir ki, F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.
O, bildirib ki, Vasileva əsl peşəkardır: "Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır".