Türkiyədə kişi arvadını öldürdükdən sonra intihar edib.

"Unikal" yerli KİV-ə istinadla xəbər verir ki, hadisə dekabrın 6-da səhər saatlarında Kayseri şəhərinin Kocasinan qəsəbəsində baş verib.

60 yaşlı İsmayıl Çakır boşanmaq ərəfəsində olduğu arvadı 39 yaşlı Zəhra Çakırı tapança ilə güllələyərək öldürüb. Bundan sonra o, özünə də həmin silahla 2 dəfə atəş açaraq intihar edib.
Ailənin 2 övladının olduğu bildirilir.