Türkiyədə yayımlanan daha bir serial final qərarı alıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "TRT1" kanalında nümayiş olunan "Kıbrıs zafere doğru" serialı reytinlərdə istənilən nəticəni vermədiyi üçün yayımdan qaldırılacaq.

Baş rollarını Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahanın paylaşdığı ekran işi martın 18-də final edəcək.