Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.

“Unikal” xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Görüşdə qəsəbə sakini Prezidentə şeir deyib:

Ali Baş Komandan İlhamın,

Göstərdiyi hünəri xalqın ürəyindədir,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Dəmir yumruq sındırdı düşmənlərin belini,

Sevindirdi ölkəsini, sevindirdi xalqını,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Aşıq Vahidin səsi, heyran edir hər kəsi,

44 günün təntənəsi xalqın ürəyindədir.

Ordumuzun şöhrəti,

Ordumuzun qüdrəti,

Ordumuzun hörməti

Həm yerdə, həm göydədir.

Sağ olsun Ordumuz, durur ər kimi,

Vətən keşiyində şiri-nər kimi,

Mən də öz xalqımla bir əsgər kimi,

Vətən yolunda hazıram bu gün.

Eşq olsun qəhrəman Azərbaycana!